<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Uca olan Rəbbimiz,böyükdür Sənin qüdrətin,
 Dünyadan geniş sevgin Səni Yerə göndərdi.

[C1]
   Gecəmiz gündüz oldu, qaranlıq tam qovuldu,
   Sıxıntı dünyasında ruhumuz sevinc aldı.

[V2]
 Qorxu yox artıq bizdə, azadıq həqiqətdə,
 Məsihimizi gördük, Kəlamıyla böyüdük.

[V3]
 Göydəki kimi Yerdə hökm Onun əlində,
 Hamıdan uca Adı bizi şərdən qurtardı.

[C2]
   Rəbbi ucalt, ey canim, axtar Onu ürəkdən,
   Həyatın Ona həsr et, bağlan Ona ürəkdən.</lyrics>
<title>Uca olan Rəbbimiz,böyükdür Sənin qüdrətin, İL263</title>
<hymn_number>263</hymn_number>
</song>